"Qarabağ" 2 futbolçusuz hazırlaşır - VİDEO

10:12 26 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu ölkədəki 9-cu gününü tək məşqlə tamamlayıb.

 

Sportarena.az xəbər verir ki, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq meydanda baş tutub və təxminən 90 dəqiqə davam edib. Bir gün öncə Bolqarıstanın ÇSKA klubu ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, komandanın digər üzvləri isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki futbolçu - Riçard Almeyda və Dani Kintana isə fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib.

 

Qeyd edək ki, Ağdam təmsilçisinin iyunun 26-da iki məşqə çıxması nəzərdə tutulub.

 

 


Digər xəbərlər

Xəbər xətti