Samir Məsimov rəsmən Rusiya klubunda

Sportarena.az      26 İyun 2018, 11:43

U-21 millimizin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I Divizionunda çıxış edəcək.
 
Sportarena.az xəbər verir ki, "Fakel klubunda baxışda olan yarımmüdafiəçinin performansı məşqçilər korpusunu razı salıb. Məsimov Voronej təmsilçisi ilə "1+1" şərti ilə müqavilə bağlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2015/16 mövsümünün qış transfer dönəmində "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna keçmişdi. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu. Məsimov qış fasiləsində klub tapmadığı üçün AZAL-da çıxış etmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin