"Milan" Kasilyası transfer edəcək?

12:01 26 İyun 2017

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını İtaliya çempionatında davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qapıçının xidmətində "Milan" maraqlıdı. Canluici Donnarummanın komandanı tərk etmək ehtimalı böyük olduğundan Milan təmsilçisinin yeni qapıçı axtarışına çıxıb. İddiaya görə, "Milan"ın heyətinə qatmaq istədiyi qapıçıların siyahısında Kasilyas da var.

 

Qeyd edək ki, İspaniya yığmasının sabiq qolkiperi Madrid "Real"ının yetirməsidi. 36 yaşlı Kasilyas 2015-ci ildən "kral klubu"ndan ayrılandan bəri "Portu"da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti