Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

12:56 26 İyun 2017

Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Stal" klubunun gələcək taleyinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu ölkənin Preyer Liqasında iştirakçılar dəyişməyəcək. "Stal" rəhbərliyi keçirdiyi iclasda bəyan edib ki, klub qalacaq, ancaq maliyyəsi azaldılacaq.

 

Yeni baş məşqçi isə erməni Yeqişe Melikyan olacaq. "Stal"ın prezidentinin erməni Vardan İsraelyan olduğunu nəzərə alsaq, bu seçim təəccüb doğurmur. Komanda isə Melikyanın bunadək çalışdırdığı gənclərdən ibarət heyətdən təşkil olunacaq  Belə olan halda, 29 yaşlı Paşayevin "Stal"dan gedişi real görünür. Ancaq onun ötən mövsümdən şərəfini qoruduğu bu klubla müqaviləsi olduğuna görə ayrılmasına rəhbərlik icazə verməlidi. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti