Joze Mourinyonun ailəsində ağır itki

13:08 26 İyun 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun ailəsində ağır itki yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Mourinyonun atası vəfat edib. 79 yaşlı Feliş Mourinyo iyunun 25-də dünyasını dəyişib. O, futbolçu karyerasını bütünlüklə “Setubal” (1956-1968) və “Belenenseş” (1969-1974) klublarına həsr etmişdi.

 

Feliş Mourinyo futbolçu karyerasını bitirdikdən sonra 10-a yaxın Portuqaliya klubunda işləyib. Joze futbolçu karyerası ərzində iki dəfə - “Riu Ave” və “Belenenseş”də atasının rəhbərliyi altında çalışıb.


Digər xəbərlər

Xəbər xətti