"Formula 1"də pilotlar arasında münaqişə - VİDEO

14:41 26 İyun 2017

Formula 1 üzrə Azərbaycan Qran Prisində iki iddalı pilot Luis Hemiltonla ("Mercedes") Sebastin Fettel ("Ferrari") arasında münaqişə baş verib.

Sportarena.az xəbər verir ki, buna son döngədə Hemiltonun əyləci basması səbəb olub.
 

Nəticədə Fettel maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, maşınını onun bolidinin təkərlərinə toxundurub. Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb. Əvəzində "Red Bull" pilotu Daniel Rikkardo liderliyə yüksəlib. "Mercedes" pilotu Valtteri Bottas ikinci, "Uilyams" pilotu Lens Stroll isə üçüncü yeri tutub. 


Yürüşün ardından Fettel Hemiltonun cəzalandırılmasını istəyib: "Hər şey göz qabağında idi. Mən ona arxadan qəsdən vurmadım. Hemiltonun bolidi də kiçik xəsarət aldı. Amma bu, yürüşə təsir edəcək həddə deyildi. Belə etmək olmaz. Biz kişi kimi mübarizə aparırıq. Onunla aramda radio əlaqəsi yoxdur. Fikrimcə, məni cəzalandırıblarsa, bu, ona da tətbiq olunmalı idi". Əvəzində britaniyalı pilot almaniyalı rəqibinə daha sərt cavab verib: "Fettel mənə çatan kimi bolidimə zərbə endirdi. Bu, Formula 1-də presedent yaradır və bizə baxan uşaqlara pis nümunə olub. Bu gün onlar 4 qat dünya çempionunun özünü necə apardığını gördülər. Ümidvaram ki, belə hallar uşaqlara pis təsir etməyəcək. Mən onun əyləcini yoxlamırdım, sadəcə, tempə nəzarət edirdim. Bütün dövrələrdə həmin yerdə yavaşıyırdım. O isə sürüşərək yanımdan keçirdi. Amma həmin epizodda sürüşərək, bolidimi vurdu. Yandan keçərək bilərəkdən digər maşını vurmaq və yekunda 4-cü olmaq şərəfli hal deyil. O, özünü biabır etdi. Fettel kişiliyini sübut etmək istəyirsə, bunu maşından kənarda üz-üzə həll edə bilərik". 


Qeyd edək ki, Azərbaycan Qran Prisinin yekununda Sebastyan Fettel 3 balla cərimələnib. Bu, almaniyalı pilotun britaniyalı Lüis Hemiltonla münaqişəsi səbəbindən baş verib. Beləliklə, 4 qat dünya çempionu daa 3 cərimə balı alsa, superlisenziyadan məhrum ediləcək. Geridə qalan 8 Qran Pridən sonra Fettel 153 xalla 1-ci, Hemilton 139 xalla 2-ci pillədə qərarlaşıb. (Sportnet.az)

 

 


Digər xəbərlər

Xəbər xətti