Zenyov: "Ən sərfəli təklifi seçəcəm" - AÇIQLAMA

15:22 26 İyun 2017

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Sergey Zenyov özünə klub tapa bilməyib.
 
Sportarena.az xəbər verir ki, Estoniya millisinin üzvü yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcəyini deyib:

 

"Təkliflər var, amma qərarımı verməmişəm. Tələsmirəm, ən yaxşı və ən sərfəli təklifi seçəcəm. Ümid edirəm ki, hər şey mənim üçün yaxşı olacaq".


Qeyd edək ki, Sergey Zenyov “Qəbələ”nin heyətində 47 oyunda meydana çıxıb və 7 dəfə rəqib qapılarına yol tapıb.


Digər xəbərlər

Xəbər xətti