Nazarovun komandası 24 qolla qalib gəldi

17:38 26 İyun 2017

Almaniyanın "Ersgebirge" klubu növbəti mövsümə hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, 2-ci Bundesliqada çıxış edən millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun komandası yoxlama oyunu da keçirib. Aue şəhərinin təmsilçisi “Saksonia Bernsbax”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 24:0 hesablı qələbə ilə ayrılıb.

 

Dmitri Nazarov millimizin Şimali İrlandiya ilə oyunundan sonra istirahətə buraxıldığı və hələ komandasının düşərgəsinə qoşulmadığı üçün bu matçda iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti