"Mladost" - "İnter" oyununun hakimləri açıqlandı

18:15 26 İyun 2017

Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.


Sportarena.az xəbər verir ki,  Serbiyada "Mladost"la keçiriləcək görüş Aleksandr Matyuninin başçılıq edəcəyi rusiyalı hakimlər briqadasına tapşırılıb. Anton Kobzev və Aleksey Lunyov yan xətt, Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. 


Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti