“Sumqayıt” ötən il sübut etdi ki, elə-belə qurulmayıb” - AÇIQLAMA + VİDEO

10:06 27 İyun 2017

“Yeni komandaya qoşulduğum üçün çox şadam. “Sumqayıt” ötən il sübut etdi ki, elə-belə qurulmayıb”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

 

“Kollektivin mehriban olduğunu kənardan da eşidirdim. Rail Məlikov, Vurğun Hüseynov – bunlar Azərbaycan futbolunda ad qoymuş oyunçulardır. Bilirəm ki, onlar olan yerdə gözəl kollektiv olur. Özüm də gəldim, bunun şahidi oldum. Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular daxil olmaqla, gözəl kollektivimiz var. Bu kollektivə qoşulduğum üçün özümü xoşbəxt hiss edirəm. İnşallah,Allah bizi utandırmaz.  Biz də özümüzü sübut edərik”.

 

Bu ilin mayında "Neftçi"dən ayrılaraq "Sumqayıt"a transfer olunan İmamerdiyev yeni klubunda kollektivin ona dəstək olduğunu söyləyib:

 

“Hamısı azərbaycanlı futbolçulardır. Komandada legioner yoxdur. Çoxunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkəm. Kollektiv sağ olsun, mənə dəstək olurlar. Hansısa çətinliyim olacağını düşünmürəm”.

25 yaşlı yarımmüdafiəçi qarşılarına yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfi qoyduqlarını dilə gətirib:


“Başımızı aşağı salıb işimizi görəcəyik, futbolumuzu oynayacağıq. Allah kərimdir. Komandaya yeni futbolçular qoşulub. Yəqin ki, onlar heyətə elə-belə cəlb olunmayıblar. Çalışacağıq ki, gözəl bir yerlərə gəlib çıxaq”. 

 

 

 


Digər xəbərlər

Xəbər xətti