"Qarabağ" Avstriyadakı 10-cu günü necə keçdi?

10:25 27 İyun 2017

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, komanda onuncu günü iki məşqlə başa vurub. Günün ilk məşqi dünən yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) start götürüb. Meydançada keçirilən məşqdə futbolçular toplu çalışmalara üstünlük verib.

 

Günün ikinci çalışması isə yerli vaxtla axşam saat 19:00-da başlayıb və təxminən 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular bir neçə komandaya bölünüb və ikitərəfli oyunlar keçirib. Sonda İbrahim Şehiç, Əfran İsmayılov, Elvin Yunuszadə, Abbas Hüseynov, Rahid Əmirquliyev, Ağabala Ramazanov və Dino Ndlovunun çıxış etdiyi komanda günün qalibi olub.


Digər xəbərlər

Xəbər xətti