"Qəbələ" hollandiyalı müdafiəçi transfer edir?

16:40 27 İyun 2017

“Qəbələ”dən növbəti transferini reallaşdırmaq üzrədir.

 

Sportarena.z xəbər verir ki, "qırmızı-qaralar" son olaraq "Nürnberq"də çıxış edən Dave Bulthuis ilə ilkin razılıq əldə edib. 26 yaşlı hollandiyalı müdafiəçi hazırda danışıqların davam etdiyini və "Qəbələ" ilə yaxın günlərdə müqavilə imzalaya biləcəyini bildirib.

 

Qeyd edək ki. "Qəbələ" yay transfer pəncərəsi zamanı İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales, Stiven Jozef-Monroz və Dion Malone ilə müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti