"İnter"in səfər oyununa biletlərin qiyməti açıqlandı

17:54 27 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Mladost” (Luçani) - “İnter” oyununa biletlərinin qiyməti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, biletlər bu gündən etibarən satışa çıxarılıb.  Bütün biletlərin qiyməti 500 Serbiya dinarıdı (təqribən 8 AZN).

 
Qeyd edək ki, “Mladost” - “İnter” oyunu iyunun 29-da, Bakı vaxtıyla 22:30 başlayacaq. Matç Luçani şəhərindəki 8 min yerlik “Mladost” stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti