"Qarabağ"ın futbolçusu olmaq istəyirsən?

01:16 28 İyun 2017

“Qarabağ” 4 yaş qrupu üzrə seleksiya xarakterli məşqlər keçirəcək. 


Sportarena.az xəbər verir ki, 2004, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlar bu seçimlərdə iştirak edə biləcəklər. Seleksiyadan uğurla keçənlər müvafiq yaş qrupları üzrə komandalara cəlb olunacaqlar.

 

Qeyd edək ki, seçimlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və iki gün (15 və 16 iyul) ərzində saat 9:00-dan 12:00-a qədər davam edəcək.

 

Əlaqə telefonu: (050) 222-34-35


Digər xəbərlər

Xəbər xətti