"Neftçi"yə qayıtdığım üçün sevincliyəm" - AÇIQLAMA + VİDEO

10:29 28 İyun 2017

Ötən mövsümü icarə əsasında "Sumqayıt”da keçirmiş Mirabdulla Abbasov "Neftçi”yə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bununla bağlı fikirlərini Neftçi TV-yə bildirib:

 

"Neftçi” dogma, futbola göz açdığım komandamdı. Bu komandaya qayıtdığım üçün sevincliyəm. Məşqlər hələ ki, fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdı. Əlimizdən gələni edəcəyik ki, "Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. "Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”.

 

 


Digər xəbərlər

Xəbər xətti