"Qarabağ" tək məşqlə kifayətləndi

10:48 28 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın 11-ci gününü tək məşqlə başa vurub.

 

Sportarena.az xəbər verir ki, günorta saatlarında hava şəraiti kəskinləşsə də, bu, Ağdam təmsilçisinin məşqinə mane olmayıb. Axşam yerli vaxtla saat 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib.

 

Qeyd edək ki, "Qarabağ" bu gün təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubuyla qarşılaşacaq. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.


Digər xəbərlər

Xəbər xətti