“Differdanj” mətbuat konfransı keçirməyəcək - "Zirə" isə...

11:12 28 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” - “Differdanj” (Lüksemburq) oyunundan öncə təşkil ediləcək mətbuat konfransının və məşqlərin vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransı yalnız "Zirə" klubu tərəfindən təşkil olunacaq. Belə ki, qonaqlar bu haqda UEFA və təmsilçimizə heç bir məlumat verməyib. Buna görə, yalnız meydan sahiblərinin mətbuat konfransı nəzərdə tutulub.

 

Sabah saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə “qartallar”ın oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

"Differdanj" klubunun oyunöncəsi son məşqi saat 19:30-da başlayacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

Qeyd edək ki, “Zirə” - “Differdanj” oyunu iyunun 29-da, saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti