"Şüvəlan"ın yay planı açıqlandı

11:30 28 İyun 2017

Növbəti mövsümdən Birinci Divizionda mübarizə aparacaq “Şüvəlan” klubunun (keçmiş AZAL) məşqlərə başlayacağı tarix məlum olub.

 

Sportarena.az xəbər verir ki, debütant iyulun 3-də bir araya gələcək. Baş məşqçi Aqil Nəbiyev klubun rəsmi “facebook” səhifəsinə toplanış barədə məlumat verib:

 

“Demək olar ki, yenidən komanda qururuq. Ona görə bir az tez toplaşmağa qərar verdik ki, bəzi futbolçuları yoxlanışdan keçirək. Mövsümün startına qədər komandanı yaxşı hazırlamağa çalışacağıq. Bu müddətdə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırıq”.

 

Qeyd edək ki, “Şüvəlan” klubu heyətə qatmaq istədiyi bəzi futbolçularla razılığa gəlib. Yaxın günlərdə həmin transferlər rəsmiləşəcək.


Xəbər xətti