"Real" Mbappeni transfer etməyəcək - RƏSMİ AÇIQLAMA

12:39 28 İyun 2017

"Real" bu mövsüm "Monako"nun futbolçusu Kilian Mbappeni transfer etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Madrid klubunun prezidenti Florentino Peres "Marca"ya məlumat verib:

 

“Mbappe əla və gənc oyunçudur. Komanda 24 oyunçudan ibarətdir. Amma meydana cəmi 11 futbolçu çıxır. Bu vaxta qədər “Real”da özünə əsas heyətdə yer tapa bilməyən bir çox ulduz futbolçu çıxış edib. Bir neçə ildir Mbappeni diqqətdə saxlayırıq. Onu indi transfer etsək, komandadan kimi göndərəcəyik?”.


Digər xəbərlər

Xəbər xətti