"Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB

00:16 29 İyun 2017

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün üçüncü yoxlama oyununu keçirib. 

 

Sportarena.az xəbər verir ki, "köhlən atlar" Rusiyanın "Dinamo" (Moskva) klubu ilə qarşılaşıb. Matç təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb.

 

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi oyunlarda Rusiyanın "Axmat" (0:1) və Bolqarıstanın ÇSKA (2:5) komandalarıyla qarşılaşıb. 

 

Yoxlama oyunu

28 iyun

Qarabağ - Dinamo (Moskva, Rusiya) 0:1
Qol: 
Kirill Pançenko, 62.

Qarabağ: İbrahim Şehiç (Anton Kanibolotski, 46), Qara Qarayev, Maksim Medvedev (Abbas Hüseynov, 70), Rahid Əmirquliyev (Coşqun Diniyev, 46), Miçel, Dino Ndlovu (Turan Manafov, 83), Rəşad Sadıqov (Elvin Yunuszadə, 60), Əfran İsmayılov (Elşən Abdullayev, 75), Ansi Aqolli (Arif Daşdəmirov, 70), Ağabala Ramazanov (Mahir Mədətov, 46), Bədavi Hüseynov.

 

Dinamo: 1. Anton Şunin, 13. Sergey Terexov, 3. Sebasitan Holmen, 12. Dmitri Belorukov, 25. Aleksey Kozlov, 27. Samba Sov, 41. Aleksandr Sapeta, 8. Kiril Pançenko (Maksim Kuzmin, 64), 77. Anatoli Katrix (11. İvan Temnikov, 79), 7. Aleksey İonov (88. Aleksandr Tasaev, 75), 21. Fatos Beçiray.

 

 


Digər xəbərlər

Xəbər xətti