“Differdanj”ın büdcəsi nə qədərdir? - AÇIQLAMA

23:05 28 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Lüksemburqun “Differdanj” klubunun prezidenti Fabritsio Bey oyundan öncə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti Bakıya qələbə üçün gəldiklərini deyib:

 

"Təbii ki, bura qələbə üçün gəlmişik. Mümkün olduğu qədər irəliləmək istəyirik".

 

O, klubunun büdcəsini öyrənmək istəyən həmkarımızın sualını səmimi və qısa şəkildə cavablandırıb:

 

"Büdcəmiz? Büdcəmiz 1 milyon 300 min avrodur".


Xəbər xətti