"Mladost" - "İnter" oyunu canlı yayımlanacaq

10:11 29 İyun 2017

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "İnter" bu gün səfərdə Serbiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.

 

Sportarena.az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq. Məlumatı kanalın rəsmi saytı yayıb.

 

Qeyd edək ki, bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində oynanılacaq "Zirə" - "Differdanj" (Lüksemburq) görüşü də "CBC Sport"un canlı efirində olacaq. "Dalğa Arena"da keçiriləcək oyuna saat 21:00-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti