"Qarabağ" - "Samtredia" oyunu hansı kanalda yayımlanacaq? - RƏSMİ

11:17 29 İyun 2017

Çempionlar Liqasının II təsnifat  mərhələsində keçiriləcək "Qarabağ" - “Samtredia” (Gürcüstan) oyunu canlı yayımlanacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubu saytı vasitəsilə məlumat yayıb. Matç İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

 

Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma iyulun 11-i saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti