Svanadze: "Güclənmək əvəzinə dözürük" - AÇIQLAMA

12:32 29 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Mladost”la qarşılaşacaq “İnter”in baş məşqçisi Zaur Svanadze matçdan öncə mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis çətin oyun olacağını deyib:

 

“Uzun müddətdi ki, oyuna hazırlaşırıq. Ümid edirəm ki, sabah yaxşı və layiqli oynayıb, “Mladost”a qarşı mübarizə apara biləcəyik. Bilirik ki, rəqibimiz yaxşı komandadı, yaxşı futbolçular cəmləşib. Bir neçə yeni oyunçu ilə gücləniblər. Sabah bizim üçün çox çətin olacaq. UEFA komandamızı cəzalandırıb. Artıq iki “pəncərə"di ki, oyunçu transfer edə bilmirik. Bir sözlə, güclənmək əvəzinə dözürük. Ümid edirəm ki, yanvara kimi dözə biləcəyik. Sonrasına da baxarıq. Digər detallar sabah məlum olacaq. Biz necə hazırlaşmışıq, nə edəcəyik, hamısını sabah biləcəyik. Ümid edirik ki, hər iki matçda yaxşı mübarizə aparıb növbəti mərhələyə çıxacağıq”.

 

Qeyd edək ki, “Mladost” - “İnter” oyunu bu gün saat 22:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti