"Zirə" daha bir futbolçunu sifariş etdi

18:12 29 İyun 2017

Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.

 

Sportarena.az xəbər verir ki, “qartallar” yeni transfer - rumıniyalı müdafiəçi Qabriel Mateyin adını iştirak ərizəsinə salıblar. Matey "Zirə”də 14 nömrəli forma ilə çıxış edəcək.

 

"Zirə"nin digər yeni transferləri - Jozef Bum 3, Vüqar Mustafayev 4, Rəşad Sadiqov 6, Orxan Əliyev 7, David Manqa 9, Nicat Qurbanov 99, Kervens Belfort isə 10 nömrəni seçib.

 

Qeyd edək ki, “Zirə” “Differdanj”la ilk oyununu bu gün 21:00-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Lüksemburqda keçirəcək.


Digər xəbərlər

Xəbər xətti