Rəşad Sadiqov: "Bu təcrübəsizlikdən irəli gəlir" - MÜSAHİBƏ

11:35 30 İyun 2017

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubunu 2:0 hesabı ilə məğlub edib.

 

Sportaren.az xəbər verir ki, "qartallar"ın heyətində debüt matçını keçirən Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk dəfə idi ki, “Zirə” avrokuboklarda oyuna çıxırdı. Özünüz də gördünüz ki, çətin oldu. Bu da təcrübəsizlikdən irəli gəlir.
 
- Sən oyuna daxil olandan sonra “Zirə”nin oyun nizam-intizami müsbət mənada dəyişdi...
- Yenə deyirəm ki, bu təcrübəizlikdən irəli. Komanda şəklində ümumi hesablasaq, heç 3 oyun keçirməmişik. Təcrübəli oyunçu meydanda olanda oyunu nizama salır, meydanda öz təcrübəsi ilə komanda yoldaşlarına kömək olur.
 
- Rəqib gözlənilən kimi idi?
- Məncə, təhlükəli rəqibdirlər. Sürətli oyunçuları var idi. Açığı, onların oyunun görməmişdik. 2-3 yeni oyunçuları var. Sağ cinah hücumçuları da çox təhlüklə yaradırdı.
 
- Şansları necə dəyərləndirirsiniz?
- Şans yaxşıdı. Burda oynadığımızı Lüksemburqda nümayiş etdirməliyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Kimisə saymasan, həmin an “yanacaqsan”.
 
- Qələbəyə baxmayaraq, komandada anlaşılmazlıq var idi...
- 3-4 futbolçudan başqa, əsas heyət dəyişilib. Sağ cinah müdafiəçisi 5 gündür ki, bizimlədir. Digər yeni transferlər isə 15 gün. Bu da istər-istəməz olmalıdır. Amma yenə deməzdim ki, pis oynadıq. Qol şanslarımız da oldu.
 
- Artıq II mərhələdəki “Astra” haqda düşünmək olar?
- “Differdanj” təhlükəli rəqibdir. Belə komandalara qarşı boşalsan, “yana” bilərsən. Ötən il “Qarabağ” Lüksemburq çempionu – “Düdelanj”ı Bakıda 2:0 hesanı ilə yenmişdi. Səfərdə 0:1 hesabı ilə geri düşəndə isə hamı həyəcanlanmışdı. Rəqib təhlükəlidir. Bu səddi keçməmiş “Astra” haqda düşünmək olmaz.


Xəbər xətti