Rəhim Həsənov üçün rahat Latviya səfəri

12:35 30 İyun 2017

Azərbaycanlı FİFA referisi Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadamız Avropa Liqasında dünən keçirilmiş “Ventspils” (Latviya) – “Valyur” (İslandiya) matçını idarə edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma qolsuz başa çatıb - 0:0. Həsənovun bu görüşdə işi o qədər də çətin olmayıb. O, yalnız qonaqların bir futbolçusuna sarı vərəqə göstərib.

 

Qeyd edək ki, bu görüşdə Həsənova yan xətt hakimləri Yaşar Abbasovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Rauf Cabarov yerinə yetirib.


Digər xəbərlər

Xəbər xətti