Ömər Paşayev Litva klubuna divan tutdu - 2 penalti

13:16 30 İyun 2017

Azərbaycanlı FİFA referisi Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadamız Avropa Liqasında dünən keçirilmiş "Kayrat" (Qazaxıstan) - "Atlantas" (Litva) matçını idarə edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma qazaxların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Paşayev bu görüşdə qonaqların qapısına 2 penalti təyin edib. 26-cı dəqiqədə rusiyalı futbolçu Andrey Arşavin ilk penalti sayəsində hesabı 2:0 edibsə, 50-ci dəqiqədə isə Jerar Qou ikinci penaltidən fərqlənməklə aradakı fərqi 5 topa çatdırıb. FİFA referimiz hər komandadan bir futbolçuya sarı vərəqə də göstərib.

 

Qeyd edək ki, bu görüşdə Paşayevə yan xətt hakimləri Mübariz Haşımovla Namiq Hüseynov kömək edib. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.


Xəbər xətti