Ronaldo əkizlərinə qovuşdu - FOTO

13:53 30 İyun 2017

Rusiyada təşkil olunan FİFA Konfederasiyalar Kubokunun yarımfinalında Çiliyə məğlub olan Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo komandanın düşərgəsindən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, buna onun yeni dünyaya gələn övladlarının görmək istəməsi səbəb olub. Ulduz futbolçu artıq övladlarına qovuşub. O, sosial şəbəkədəki hesabında əkizləri ilə fotosunu paylaşıb.

 

Uşaqlar ABŞ-da, surroqat ana vasitəsilə dünyaya gəlib. Onlardan biri oğlan, digəri isə qızdı.

 

Qeyd edək ki, Ronaldonun 7 yaşında bir oğlu da var. O, 2010-cü ildə yenə surroqat ana vasitəsilə dünyaya gətirilmiş həmin uşağına isə öz adını (Kristiano) verib.

 


Digər xəbərlər

Xəbər xətti