Zidan "Real"dan ayrıldı

14:31 30 İyun 2017

İspaniya La Liqasında mübarizə aparan "Alaves" "Real"ın B komandası olan "Kastilyo"nun futbolçusu Enso Zidanı transfer edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Alaves"in rəsmi saytı məlumat yayıb. Vildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Enzo "Real"ın baş məşqçisi Zinəddin Zidanın oğludu. Kiçik Zidan “Real”ın müxtəlif yaş qruplarından olan komandalarda 10 il çıxış edib. O, “Kastilyo”da keçirdiyi 33 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti