Elnur Cəfərov: "Xəzər Lənkəran” olmayanda “Neftçi” vardı" - AÇIQLAMA

17:04 30 İyun 2017

Bir neçə gündən sonra "Neftçi"yə ilə müqavilə bağlayacaq Elnur Cəfərov bu kluba keçidi barədə fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, sabiq "Xəzər Lənkəran"lı futbol11-ə açıqlamasında doğma klubunun əzəli rəqibinə keçməsini belə izah edib, o, lənkəranlı azarkeşlərin onu anlayacağına ümid edib:

 

“Azarkeşlərin hər birinə hörmətim var. Onlar arasında yəqin ki, məndən inciyən olacaq. Bu gün “Xəzər Lənkəran” Premyer Liqada çıxış etmir. Mənim orada oynamaq kimi bir şansım yoxdur. Həm də lənkəranlı azarkeşlər savadlıdırlar. Bir reallıq deyim. “Xəzər Lənkəran” olmayanda “Neftçi” vardı və Lənkəranda bu komandaya azarkeşlik edənlər az deyildi. Düşünürəm ki, məni başa düşəcəklər”.

 

Qeyd edək ki, gənc futbolçunun məxsus olduğu "Duqopolye" ilə müqaviləsi bu gün başa çatacaq. Futbolçu bundan sonra azad agent statutusuna yiyələnəcək və "Neftçi" ilə rəsmi şəkildə müqavilə imzalayacaq.


Xəbər xətti