"Qəbələ" darmadağına sevindi

10:12 1 İyul 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin böyük hesablı qələbəsi ilə nəticələnib. 


Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb. 

 

Yoxlama oyunu
30 iyun
20:00 Qəbələ - Qrodiq (Avstriya) 7:0
Qollar: Stiven Monroz, 24, Ürfan Abbasov, 37, Asif Məmmədov, 47,56; Xavi Hernandes 48, Araz Abdullayev, 58-pen, Fərid Nəbiyev, 75


Digər xəbərlər

Xəbər xətti