Dino məşqə başladı, Kintana və Almeyda isə

11:15 1 İyul 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bir günlük istirahətin ardından məşqlərini bərpa edib.

Sportarena.az xəbər verir ki, ötən günün ilk çalışması fitnes zalında keçirilib. Yerli vaxtla saat 19:00-da start götürən günün ikinci məşqi meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Futbolçuların topla çalışmalara üstünlük verilib.

 

“Dinamo”yla yoxlama matçında zədələnərək meydanı yarımçıq tərk edən hücumçu Dino Ndlovu isə yüngül məşqlərə başlayıb. Daha iki futbolçu - Dani Kintana və Riçard Almeyda isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.


Xəbər xətti