"İnter" üçün ukraynalı hakimlər

12:58 1 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" matçını idarə edəcək hakimlərin adı açıqlanıb.
 
Sportarena.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Bolodin və Aleksandr Korniko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Xavçenko yerinə yetirəcək.
 
Nikolay Balakin indiyə kimi beynəlxalq matçda fit çalmayıb. Bu ildən FİFA referisi statusunu daşıyan 28 yaşlı hakimin debütü məhz Bakıdakı oyunda reallaşacaq.
 
Qeyd edək ki, "İnter" - "Mladost" oyunu iyulun 6-da "Dalğa Arena"da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti