"Qarabağ" Avropanın tanınmış klublarını qabaqladı - SİYAHI

14:57 1 İyul 2017

Klubların UEFA reytinqi açıqlanıb.
 
Sportarena.az xəbər verir ki, siyahıda Avropanın 442 klubu yer alıb. Siyahıda yer alan 7 komandamızdan ən yaxşı göstəriciyə malik olanı "Qarabağ”dı. Avropada 78-ci yerdə olan və"Everton”, "Marsel”, "Ayntraxt”, "Maynts” kimi komandaları geridə qoyan Ağdam təmsilçisinin hesabında 15,500 xal var. 
 
"Qəbələ” və "Neftçi” də topladığı əmsala görə cədvələ düşüb. Digər 4 təmsilçimiz isə öz əmsalı çox aşağı olduğundan ümumi reytinq xalı ilə siyahıda yer alıb. Bu üzdən də 4 klubun xalı eynidi.
 
Siyahıya "Real” başçılıq edir – 134,000 xal.
 
 
78. Qarabağ15,500
177-180. Qəbələ”4,750
240-43. Neftçi 3,250
256-259. İnter 3,050
Xəzər Lənkəran 3,050
Zirə 3,050
Kəpəz 3,050


Digər xəbərlər

Xəbər xətti