Budaq Nəsirovun "Sportinq"dəki taleyinə aydınlıq gəldi

17:07 1 İyul 2017

Portuqaliyanın "Sportinq" klubu milli komandamızın üzvü Budaq Nəsirovla bağlı qərar verib.
 
Sportarena.az xəbər verir ki, ötən ilin yayında Portuqaliyaya yollanan və 1+4 şərti ilə müqavilə imzalayan Nəsirov bu gün özünün "Sportinq" karyerasında yeni səhifə açıb. Gənc istedad Lissabon təmsilçisi ilə müqavilənin müddətini daha 1 il uzadıb.
 
Qeyd edək ki, Nəsirov ötən mövsüm "Sportinq"in B komandasında çıxış edib.


Xəbər xətti