"Qarabağ"ın oyununun başlama saatı dəyişdirildi

10:12 2 İyul 2017

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Danimarkanın “Brondbü” klubu ilə yoxlama oyununun başlama saatı dəyişib.

 

Sportarena.az xəbər verir ki, matç bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Qeyd edək ki, bundan əvvəl sözügedən görüşün saat 20:00-da başlayacağı açıqlanmışdı.


Xəbər xətti