Ramilli "Jilina" darmadağın oldu

11:01 2 İyul 2017

Yeni mövsümə hazırlığı davam etdirən Slovakiya çempionu "Jilina" növbəti yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu komanda Çexiyanın "Slaviya" (Praqa) klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Start heyətdə meydana çıxan Ramil 60-cı dəqiqədə, hesab 0:2 olarkən əvəzlənib.


Xəbər xətti