PFL 9 yaşında

12:39 2 İyul 2017

Bu gün Peşəkar Futbol Liqası üçün əlamətdar gündür.

 

Sportarena.az xəbər verir ki,, qurumun 9 yaşı tamam olur. PFL 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. Ilk gündən quruma Ramin Musayev rəhbərlik edir.

 

PFL futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Divizionu və Azərbaycan Superkuboku uğrunda yarışları təşkil edir. Yarandığı ilk gündən Peşəkar Futbol Liqası bir sıra yenilikləri ilə yadda qalıb. Bu gün də qurum öz fəaliyyətini peşəkar səviyyədə davam etdirir.

 

Sportarena.az saytının kollektivi PFL rəhbərliyi və kollektivini bu gözəl gün münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır!


Digər xəbərlər

Xəbər xətti