"Polşa çempionatı Azərbacan Premyer Liqasından qat-qat güclüdü" - AÇIQLAMA

14:55 2 İyul 2017

"Qəbələ"dən ayrılan estoniaylı hücumçu Sergey Zenyov açıqlma verib.

 

Sportarena.az xəbər verir ki,  son 2 mövsümdə "qırmızı-qaralar"ın heyətində çıxış edən 28 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək. Yüksək liqa təmsilçisi "Krakoviya" ilə "1+1" sistemiylə müqavilə imzlayan Zenyov təəssüratlarını bölüşüb:

 

"Buraya gəlməyim üçün bəzi şərtlər vardı. Polşa evdən uzaq deyil. Burada olmaqla ailəmin yanında olmaq məsələsi asan olacaq. İnanmıram, hətta deyərdim əminəm ki, Polşa çempionatı Azərbacan Premyer Liqasından qat-qat güclüdü. Bu, oyunların gərginliyi, azarkeşlərin gəlişinə, bir sözlə, hər şeyə görədi".

 

Zenyov "Qəbələ" ilə "Krakoviya"nı müqayisə etmək istəməyib:

 

"Yeni keçdiyim, məşqlərinə qatıldığım "Krakoviya"nı keçmiş komandam "Qəbələ" ilə müqayisə etmək məntiqəuyğun olmazdı. Hələ ilk təəssüratları demirəm. Bunu zamanı gələndə etmək olar".


Xəbər xətti