"Kəpəz"in əvəzediciləri hazırlığa başladı

17:51 2 İyul 2017

"Kəpəz"in əvəzedici heyəti yeni mövsüm üçün məşqlərə start verib.

 

Sportarena.az xəbər verir ki, futbolçular ötən gün Gəncə şəhər stadionunda bir araya gəlib. "Sarı-göylər"in mövsüm öncəsi hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq. 


İlk 10 günlük toplanış seleksiya xarakterli olmaqla yanaşı, həm də ümumi dözümlülüyün artırılmasına yönəlib. Məşqlərdə 33 futbolçu iştirak edir. Toplanışa 2001-ci il təvəllüdlü oyunçular da cəlb olunub. Heyətdə 7 belə futbolçu var. Ümumiyyətlə, hazırlığa klubun U-16, U-17 və U-19 komandasının üzvləri də dəvət edilib. 


Komanda iyulun 4-də ikitərəfli oyun keçirəcək. Birinci hazırlıq dövründə yoxlama görüşünün keçirilməsi də planlara daxildi.


Digər xəbərlər

Xəbər xətti