"Pepe ilə danışıqlar aparırıq" - "Beşiktaş"dan rəsmi açıqlama

16:34 2 İyul 2017

"Beşiktaş"ın prezidenti Fikret Orman "Real"dan ayrılan Pepe ilə danışıqlar apardıqlarını təsdiq edib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri bu barədə "Fanatik"ə açıqlamasında bildirib:

 

"Pepe üçün danışıqlar aparmağımızla bağlı xəbərlər doğrudu. Onu istəyirik, amma transfer siyahımızda başqaları da var. Pepe və digər futbolçuların transferi bizə bağlıdı. Büdcəyə nəzarət etməli və imkanlara uyğun davranmalıyıq. Bizim istədyimiz şərtlər ola, transfer baş tutacaq".

 

Qeyd edək ki, Pepe 2007-ci ildə "Portu"dan "Real"a 30 milyon avroya transfer olunub.


Digər xəbərlər

Xəbər xətti