“Qarabağ” “Brondbü”yə də uduzdu - YENİLƏNİB

00:57 3 İyul 2017

Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” bu gün Avstriya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” Danimarkanın “Brondbü” klubu ilə üz-üzə gəlib. Ağdam klubu bu matçdan da məğlub ayrılıb - 1:5.


“Qarabağ” buna qədər Rusiya “Axmat”ına 0:1, Bolqarıstan ÇSKA-sına 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.

 

Yoxlama oyunu

2 iyul

21:00 Qarabağ - Brondbü (Danimarka) 1:5

Qollar: Ndlovu - Kliment 2, Vilçek, Kalmar, Bruus, 73.

Qarabağ: İbrahim Şehiç, Qara Qarayev, (Rahid Əmirquliyev,65), Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov (k), Əfran İsmayılov, (Ağabala Ramazanov, 65), Ansi Aqolli, Bədavi Hüseynov, Coşqun Diniyev

 

Brondbü: 1. F. Rennov, 4. Benedikt Roker, 23. Arajuuei, 14. K. Mensah, 47. B. Halimi, 19. K. Norqard, 27. S. Krone, 13. J. Larsson, 8. K. Fisker, 29. J. Kliment, 20. J. Vilçek


Digər xəbərlər

Xəbər xətti