"Qarabağ" qayıdır

10:09 3 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək  "Qarabağ" Avstriyadakı təlim-məşq toplanışını başa vurub.

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu gün Bakıya qayıdacaq. Qurban Qurbanovun komandası hazırlığın növbəti hissəsini paytaxtda keçirəcək. 

Qeyd edək ki, iyunun 17-dən Avstriyada təlim-məşq toplanışında olan  “Qarabağ” bu müddət ərzində 4 yoxlama oyunu keçirib. “Atlılar” “Axmat”a (Rusiya) 0:1, Bolqarıstan SSKA-sına 2:5,  “Dinamo”ya (Moskva) 0:1,”Brondbü"yə (Danimarka) isə 1:5 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti