"Sumqayıt" - "Səbail" matçında heç-heçə

10:52 3 İyul 2017

Yeni mövsüm üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda “Kapital Bank Arena”da Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

 

“Sumqayıt”ın heyətində Ramin Həsənov dubl edib. Debütantın qollarına isə Emin Mehdiyev və Şirməmməd Məmmədov imza atıb.


Xəbər xətti