"Səbail"in rəqibləri bəlli oldu

17:45 3 İyul 2017

yulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq "Səbail"in yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq. İyulun 15-də son mövsümü İran Pro-liqasında 4-cü pillədə başa vuran "Zob Ahan"la üz-üzə gələcək "aslanlar" iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən "Əl İttifaq" ilə qarşılaşacaq. 3 gün sonra "Səbail"in rəqibi Özbəskistan təmsilçisi "Paxtakor" olacaq.

 

Samir Əliyevin rəhbərlik etdiyi komanda hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" komandasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti