"Qəbələ" "Dinamo"ya uduzdu - YENİLƏNİB

10:37 5 İyul 2017

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, "qırmızı qaralar" son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb. Bu görüş təmsilçimizin məğlubiyyəti ilə nəticələnib..

 

Bu, “Qəbələ”nin Avstriyada 7-ci yoxlama görüşü olub. Komanda buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıb, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

 

Yoxlama oyunu

4 iyul

20:00 Qəbələ - Dinamo (Kiyev) 1:2

Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13; 56.


Digər xəbərlər

Xəbər xətti