"Zirə" üçün slovakiyalı hakimlər

13:35 4 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Zirə”nin Lüksemburq "Differdanj"ı ilə səfər oyunu təcrübəsiz hakimə tapşırılıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı idarə edəcək slovakiyalı referi Boris Marhefka indiyə kimi cəmi 6 beynəlxalq matçda fit çalıb.

 

2016-cı ildən FİFA referisi statusunu daşıyan 30 yaşlı hakim bu qarşılaşmalarda futbolçulara 22 sarı vərəqə göstərsə də, heç vaxt qırmızı vərəqəyə ehtiyac duymayıb. Həmçinin Marhefka 1 dəfə də penalti qərarı verib.


Digər xəbərlər

Xəbər xətti