"Reyncers" Lüksemburq klubunu keçə bilmədi - YENİLƏNİB

10:21 5 İyul 2017

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin 2 cavab oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, 6 illik fasilədən sonra qitə arenasına qayıdan “Reyncers” Lüksemburqda evdə minimal hesabla məğlub etdiyi “Proqres”in qonağı olub. Digər oyunda isə ötən il Avroliqada “Neftçi”ylə qarşılaşmış “Baltsan” (Malta) Macarıstan “Videoton”unu qəbul edib.

 

Bu mərhələdə mübarizə aparan təmsilçilərimiz - “İnter” və “Zirə” 2 gün sonra cavab oyununa çıxacaq. “Qartallar” səfərdə “Differdanj”la (Lüksemburq), “İnter” isə evdə “Mladost”la (Serbiya) qarşılaşacaq. 

 

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunları

4 iyul

19:45 Baltsan (Malta) - Videoton (Macarıstan) 3:3 (ilk oyun 0:2)
21:45 Proqres (Lüksemburq) - Reyncers (Şotlandiya) 2:0 (0:1)


Digər xəbərlər

Xəbər xətti