Vaqif Cavadov Samir Əliyevdən nəyə görə küsüb?

14:31 4 İyul 2017

Bir müddət bundan qabaq Vaqif Cavadovun adı "Səbail"lə yanaşı hallansa da, sonradan bu keçid baş tutmadı.

 

Sportarena.az Rekord.az-a isitnadən xəbər verir ki. şəxslər Vaqifə görə Samir Əliyevə ağız açıb,ondan sabiq milli üzvünü "Səbail"ə götürməyi xahiş ediblər. Lakin Əliyev bildirib ki, Cavadovu birbaşa komandaya götürə bilməz.

 

Futbolçu düşərgəyə gəlib məşqlərdə, yoxlama görüşlərdə iştirak etməli, yoxlanışdan keçməlidir. Yalnız özünü doğruldacağı halda onunla müqavilə bağlana bilər. Samirin bu cavabı isə Vaqifin xətrinə dəyib və "Səbail"in düşərgəsinə getməkdən imtina edib. Görünür, bir vaxtlar millinin aparıcı futbolçusu olmuş biri debütantda yoxlanışdan keçməyi özünə sığışdırmayıb.

 


Xəbər xətti